AZ

Azərbaycana qarşı çıxış edənlər COP29 müzakirələrinin insanlıq üçün olduğunu unudurlar - Tofiq Abbasov

Yazını böyüt
Yazını kiçilt

“Qərb "demokratiyası" COP29-un Azərbaycanda keçirilməsini alver predmetinə çevirib. Tədbirə qatılmaqdan imtina edən bəzi dövlətlər yaddan çıxarırlar ki, bu tədbir BMT-nindır. Kimlərinsə Azərbaycanda COP29-a gəlib-gəlməməsi, yaxud bu sammitdən istifadə edərək öz qərəzlərini ifadə etməsi heç nəyi dəyişməyəcək”.

Bunu hafta.az-a siyasi şərhçi Tofiq Abbasov Bakıda iqlim dəyişikliyi ilə bağlı keçirilən COP 29 konfransına qatılmaq istəməyənlərin əsl mahiyyətinə diqqət çəkərkən bildirib.

T.Abbasov bu gün paytaxt Bakının COP konfransına yüksək hazrlıq nümayiş etdirdiyini qeyd edib. O, Azərbaycanın belə beynəlxalq tədbirlərin keçirilməsində böyük səriştə qazanmış ölkə kimi özünə güvənməsinin bir daha sübut olunuğunu deyib.

“Bizi tənqid edirdilər ki, Azərbaycan ənənəvi enerji daşıyıcılarının istehsalında öndə gedir, digər məsələlərdə geridə qalıb. Yada salaq ki, COP28 Dubayda keçirilən zaman da məhz Birləşmiş Ərəb Əmirlikləri də bu motivlərlə ittiham edirdilər. Bunlar islam, türk faktorunu qəbul edə bilmirlər və çalışırlar ki, Azərbaycanın imicini qaralasınlar, ləkələsinlər. Həmin qüvvələr Azərbaycanın təmiz dünyanın təminatı üçün yararsız, haqqı olmayan ölkə kimi təqdim edib, guya bu tədbiri piar xətrinə etdiyini önə çəkirlər. Lakin COP29 məsələsi ortaya çıxmamışdan əvvəl də Azərbaycan Prezidenti demişdi ki, biz Qarabağ bölgəsini bütün parametrlərinə görə yaşıl strategiyaya qovuşduracağıq. Yəni biz çalışacağıq ki, heç olmasa Qarabağda, Şərqi Zəngəzurda artıq karbon qazlarının istehsalı sıfırlansın. Maraqlıdır ki, Azərbaycan ərazilərində meşələri məhv edib, torpaqları yandıran, çayları çirkləndirən Ermənistana qarşı belə tənqid və iddialar səsləndirilmir. O dövlətlər ekoloji mühitə nə dərəcədə zərbə vurduqları ilə üz-üzə gəlməkdən qorxurlar. COP29-un Azərbaycanda keçirilməsinə “hə” deyən Avropa Komissiyasının nümayəndələri başlayıblar ki, “niyə başqa ölkələrin rəhbərləri Bakıya gəlir, niyə COP Azərbaycanda keçirilir? Bu qərəzlə özləri-özlərini inkiar edirlər”.

T.Abbasov hesab edir ki, üç gündür işini davam edən COP konfransının ahəngi bu iddiaların əhəmiyyəsiz və yersiz olduğunu göstərir. Onun fikrincə, Azərbaycana qarşı çıxış edənlər əslində iqlim dəyişikliyi ilə bağlı müzakirələrin insanlıq üçün olduğunu unudurlar.

“Bütün bunlar hamısı siyasi məzhəkə fonunda ortaya çıxan məsələlərdir və buna bir o qədər məhəl qoymaq lazım deyil. Bunlar Azərbaycanın məramını zəiflədə, bizi məqsədlərimizdən döndərə bilməz. Həm də onlar bəzi məsələlərdə yaxalarını kənara çəkməyə çalışırlar. Amma Azərbaycan bunları anlayır və başa düşür ki, bu konfrans çox vacibdir, ekoloji mühitin sağlamlaşması, dünyanın yaşaması üçündür. Ona görə də, Azərbycan bu tədbirə çox ciddi yanaşır və əmindir ki, bütün məsələlər öz həllini tapacaq. Hesab edirəm ki, kimlərinsə bu konfransa gəlib gəlməməsi ümumi mənzərəni korlamayacaq və burada vacib qərarlar qəbul olunacaq”.

Seçilən
54
hafta.az

1Mənbələr