AZ

Çağırışçıların ölkədən çıxışına qadağa qoyuldu: Xəbərdarlıq edildi ki...

Moskvanın Hərbi Komissarlıqları çağırış yaşlı vətəndaşlara SMS bildirişlər göndərir.

Publika.az xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.

Məhdudiyyətlər arasında Rusiyadan çıxış qadağası, habelə daşınmaz əmlakın idarə edilməsi, özünüməşğulluq subyektlərinin və fərdi sahibkarların qeydiyyatı, xarici pasportun alınması, kreditlərin alınması və nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı qadağalar var.

Bildirişləri alan şəxslər cinayət məsuliyyətinə cəlb edilməklə hədələnir və təcili olaraq toplaşma məntəqəsinə gəlmələri xahiş olunur.

2023-cü ilin yazında qəbul edilmiş “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərdə çağırış vərəqəsinin alınmasını təmin edən tədbirlər, o cümlədən çağırış vərəqəsi reyestrdə yerləşdikdən dərhal sonra ölkədən çıxışa qadağa qoyulub.

Seçilən
67
publika.az

1Mənbələr