AZ

İndoneziyada vulkanın püskürməsi uçuşları təxirə salıb

Bali yaxınlığındakı vulkandan gələn kül buludları səbəbindən Avstraliya ilə Bali arasında bir çox uçuşlar ləğv edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Qantas", "Jetstar" və "Virgin Australia" hava yolları, Levotaobi dağından yüksələn kül buludlarının Laki-laki vulkanından uçuşlar üçün təhlükə yaratdığını bildirərək, sərnişinlərə xəbərdarlıq edib. Bu yaxınlarda vulkan 9 kilometr hündürlükdə kül buludu püskürdüb. Avstraliya Meteorologiya Bürosu bu gündən etibarən vulkanik kül buludlarının ölkənin şimal hissələrinə təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

İndoneziya bir çox tektonik plitələrin qovşağında yerləşən və yüksək seysmik aktivliyə malik olan və təxminən 130 aktiv vulkanı olan Sakit Okeanın “Alov halqası”nda yerləşir. Keçmiş vulkan püskürmələri aviasiya sənayesinə də təsir edib. 2020-ci ildə Merapi dağından yayılan kül buludları Solo şəhərində hava limanının bağlanmasına səbəb olub.

Seçilən
47
sia.az

1Mənbələr