19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayır.
Arena.az xəbər verir ki, 7-ci qrupda yer alan yığmamız İslandiya ilə üz-üzə gələcək.
Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda təşkil olunacaq qarşılaşmanı şotlandiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, Elxan Abdullayevin rəhbərlik etdiyi U-19 millimiz AÇ-2025-in seçmə mərhələsi çərçivəsində İrlandiya və Moldova yığmaları ilə də qüvvəsini sınayacaq. Bu görüşlər noyabrın 16-da və 19-da baş tutacaq.
AÇ-2025-in seçmə mərhələsi
7-ci qrup
13 noyabr
14:00. Azərbaycan – İslandiya
Hakimlər: Devid Dikinson, Kreyq Ferqyuson (hər ikisi Şotlandiya), Gennadi Lisita, İqor Boşka (hər ikisi Moldova).
Kişinyov, “Zimbru-2” stadionu.