Türkiyənin 3 müxalif partiyası birləşməyə hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, söhbət Gələcək Partiyası, Demokratiya və Sıçrayış Partiyası (DEVA) ilə Səadət Partiyasından gedir. Bu partiyalar Türkiyə Böyük Millət Məclisində (TBMM) ortaq qrup qurmaq üçün bu atmaq istəyirlər.
Əgər danışıqların sonunda 3 partiya da müsbət cavab versə, yeni partiya çətiri altında birləşəcəklər. Qeyd edək ki, yeni yaradılacaq ortaq partiyanın parlamentdə 34 deputatı olacaq.