AZ

Müəyyən edilmiş 1.5 hədəfinə çatmaq üçün çalışacağıq -Braziliyalı nazir

“Biz 400 milyon tondan çox karbon emissiyasının qarşısını aldıq ki, bu da bir çox ölkələrin illik emissiyasından daha böyükdür”.

“İki sahil” xəbər verir ki, bunu Braziliyanın ətraf mühit və iqlim dəyişmələri naziri Marina Silva COP29 çərçivəsində keçirilən “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbirdə deyib.

Nazir bildirib ki, buna görə də üç COP Sədrliyi ölkələrin ambisiyaları artırmaq və Müəyyənləşdirilmiş Milli Töhfələrini həyata keçirmək üçün əsas imkan və çətinliklərini bilmək istəyir: “Məqsədimiz birlikdə həll yollarını müəyyən etmək və COP30-a doğru fəaliyyətimizi gücləndirməkdir. Mən bu prosesdə konstruktiv iştirakınıza görə hamınıza təşəkkür edirəm. Əminəm ki, bu proses nəticəsində biz geri addım atmayacağıq və COP28-də müəyyən edilmiş 1.5 hədəfinə çatmaq üçün çalışacağıq”.

Seçilən
63
2
ikisahil.az

3Mənbələr