AZ

COP Sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün COP29 konfransı çərçivəsində "COP Sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: "Ortaq rifahın gələcəyinə doğru Missiya 1.5 üçün Yol Xəritəmiz" adlı tədbir keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, COP30-a ev sahibliyi edəcək Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziri Marina Silva, COP28-in baş icraçı direktoru Adnan Amin, Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yalçın Rəfiyev iqlim məqsədlərində ölkələrin bir-birilərini dəstəkləməklə, gələcək COP-lar üçün möhkəm və təsirli bir gündəliyin təmin edilə bilinəcəyini vurğulayıb:
"Bu gün biz indiyə qədər əldə etdiyimiz tərəqqi üzərində düşünəcəyik, qarşımızda duran maneələr haqqında fikirlərimizi bölüşəcəyik və öhdəliklərimizi bir daha təsdiq edəcəyik. İqlim fəaliyyəti üçün bu həlledici onillikdə hərəkət edərkən açıq dialoq, konstruktiv düşüncələr və ortaq baxış üçün məkanı inkişaf etdirməyi hədəfləyirik".
Daha sonra çıxış üçün söz alan Adnan Amin COP Sədrlikləri Üçlüyünün yaradılma məqsədləri barədə danışıb:
"Aydındır ki, COP28 və COP30 arasındakı bu üç illik dövr Paris Sazişinin ambisiyalarına cavab verə biləcəyimizə və Dubayda hamımızın əldə etdiyimiz razılaşmaya nail olmağımıza kömək edəcək. Biz son bir ildə çox sıx əməkdaşlıq etmişik".
COP29-un uğurlu təşkilinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edən COP30-a ev sahibliyi edəcək Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziri Marina Silva əsas məqsədin qlobal istiləşməni 1.5 dərəcəyə qədər məhdudlaşdırmaq və qlobal dayanıqlığı gücləndirmək olduğunu vurğulayıb:
"İqlim tədbirlərinin miqyası və sürəti təhlükənin miqyası və sürətinə uyğun gəlmir. Təcili olaraq ambisiyalarımızı artırmağımız vacibdir. Bizə daha çox maliyyə lazımdır. Bizə dəstək olmaq üçün inkişaf etmiş ölkələr tərəfindən texnologiya və potensialın yaradılmasına çıxış lazımdır", - deyə Marina Silva qeyd edib.
Tədbir daha sonra mövzu üzrə dəyirmi masa və müzakirələrlə davam edib. Müzakirələrdə UNFCCC-nin icraçı katibi Saymon Stiel, Ruandanın ətraf mühit naziri Valentin Uvamariya iştirak ediblər.
Seçilən
110
50
oxu.az

10Mənbələr