AZ

Nepalın BMT-dəki daimi nümayəndəsi: "COP29-da olmaq bizim üçün çox vacibdir, buzlaqlarımız əriyir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Nepalın COP29-da olması çox vacibdir, çünki biz dağlıq ölkəyik və buzlaqlarımız əriyir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Nepalın BMT-dəki səfiri və daimi nümayəndəsi Amrit Bahadur Ray jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, buzlaqların əriməsi problemi təkcə Nepalda müşahidə olunmur, bir çox ölkələr qlobal istiləşmədən əziyyət çəkir. Səfir bunun qarşısının necə alına biləcəyinə diqqətlərini cəmlədiklərini bildirib.
Amrit Bahadur Ray qeyd edib ki, Avropa iqlim dəyişikliyi ilə mübarizə üçün kifayət qədər maliyyə ayırmır.
"İnkişaf etmiş ölkələr elə özləri tərəfindən qarşıya qoyulan iqlim məqsədlərinə nail olmalıdırlar. Bütün ölkələr birlikdə işləməlidir, çünki istiləşmə qlobal problemdir", - deyə o vurğulayıb.
"Hesab edirəm ki, COP29-da iştirak etmək vacibdir. Ümid edirəm ki, biz hamımız iqlim dəyişikliyi ilə mübarizə üçün daha böyük tədbirlərin görülməsi və bu problemin həlli ilə bağlı maliyyə vəsaitlərinin tapılmasına dair razılığa gələ bilərik", - deyə Amrit Bahadur Ray əlavə edib.
Rufina Abdullayeva
Seçilən
86
50
oxu.az

10Mənbələr