Azərbaycan Səudiyyə Ərəbistanı ilə 3 əməkdaşlıq sənədi imzalayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.
"Bu gün Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” tərəfdaşlığımızı genişləndirən və bu ölkənin “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”ndə iştirakını təmin edən 3 əməkdaşlıq sənədi imzaladıq. ACWA Power/Səudiyyə Elektrik Şirkəti (SEC), Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsində mühüm tərəfdaşa çevrilir. COP29 yaşıl gündəliyimizdə irəliləyişlərə şahidlik edir",- deyə paylaşımda qeud olunub.