AZ

“Politico”: Tramp Ukraynanı taleyin ümidinə buraxmayacaq

Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynanı taleyin ümidinə buraxmaq fikrində deyil.

Bu barədə “Politico” nəşri Tramp administrasiyasının sabiq məmurlarına istinadla yazıb. Onlardan birinin sözlərinə görə, Trampın Ukraynanı taleyin ümidinə buraxacağından narahat olanlar var, lakin “onun əsas prioriteti ədalətli sülh tapmağa çalışmaq olacaq”.

Xarici siyasət üzrə ekspert və “Yorktown Solutions” şirkətinin prezidentinin fikrincə, Ukrayna Trampın yeni administrasiyasında elan edilmiş milli təhlükəsizlik məmurlarına kifayət qədər müsbət yanaşır. Kiyevdə həyəcan təbili çalanlar isə bunu öz məqsədləri üçün edirlər.

Donald Tramp Pentaqonun rəhbəri postuna amerikalı teleaparıcı və keçmiş hərbçi Pit Heqseti təklif edib. O, ABŞ ordusunda, eləcə də Quantanamo həbsxanasında, Əfqanıstan və İraqda xidmət edib. “Heqset sərt və ağıllıdır, inanır ki, Amerika birinci olmalıdır”, - deyə Tramp bildirib.

Seçilən
39
1
hafta.az

2Mənbələr