AZ

Xorvatiya Baş naziri COP29-da inklüziv maliyyə hədəfinə nail olmaq üçün birgə səylərə çağırıb

Qlobal iqlim fəaliyyətlərinin sürətləndirilməsi dünya gündəminin ən vacib mövzularından biri olaraq qalır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Bakıda keçirilən COP29-un Liderlər Sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qalıq yanacaqdan imtina təkcə iqlimin qorunması baxımından müdrik qərar deyil, həm də bu günün iqtisadi ehtiyacıdır.

Baş nazir COP29-da iqlim maliyyələşdirilməsi üzrə inklüziv məqsədə nail olmaq üçün birgə səylərə çağırıb. "Bu, investisiyaların cəlb edilməsi və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının ödənilməsi baxımından da vacibdir. Son bir ildə Bosniya və Herseqovinada, İspaniyada, Xorvatiyanın cənubunda baş verən fəlakətli daşqınlar iqlim böhranının dağıdıcı təsirlərinin sübutudur. Aralıq dənizi regionu ən həssas bölgələrdən biridir. Təcili tədbirlər tələb olunur.

Biz Avropa Komissiyasında bu region üzrə xüsusi portfelin yaradılmasını alqışlayırıq. Xalqlarımızı, iqtisadiyyatımızı və təbiətimizi qorumaq üçün indi hərəkət etməliyik", - A.Plenkoviç vurğulayıb.

Seçilən
63
4
operativmm.az

5Mənbələr