AZ

Batşuayi dələduzluğa məruz qalıb - 7 milyon ziyana düşdü

Türkiyə Super Liqası komandalarından “Qalatasaray”da çıxış edən Mişi Batşuayini dələduzlar aldadıb.

Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyul ayında 6 aylıq qalacağı ev və avtomobil üçün bir şirkətlə razılaşan forvard, bunun müqabilində qarşı tərəfə 200 min avro (7 milyon lirə) ödəniş edib. 

Lakin belçikalı futbolçunun sözlərinə görə, məsləhətçi icarə haqqını ödəməyib və söz verdiyi maşını çatdırmayıb.

Bundan sonra futbolçu həmin şəxs barəsində polisə şikayət edib. Şikayət nəticəsində Hüseyn B. saxlanılıb.

Qeyd edək ki, məhkəmənin qərarı ilə həbs olunan şəxs şərti azadlığa buraxılıb.

57 yaşlı hücumçu peşəkar karyerasına bu klubda davam edəcək

Kanada millisinin baş məşqçisi istefaya göndərilib

Elanqanın millidən kənarlaşdırılma səbəbi müəyyənləşib

Hermoso “Real” yolunda

Murilyo “Liverpul”un hədəfində

Seçilən
67
50
apasport.az

10Mənbələr