AZ

SON DƏQİQƏ: Azərbaycanda QƏZA baş verdi - Ermənistan qazsız qaldı!

SON DƏQİQƏ: Azərbaycanda QƏZA baş verdi - Ermənistan qazsız qaldı!

Ermənistana təbii qazın verilməsi dayandırılıb.

Azpost.info bildirir ki, Gürcüstandan keçən “Şimali Qafqaz – Zaqafqaziya” tranzit magistral qaz kəmərinin Qazax-Saquramo hissəsində qəza baş verib.

Bu barədə “Qazprom Ermənistan” QSC-nin mətbuat xidməti xəbər verir.

Noyabrın 13-ü saat 10:00-dan 14-ü saat 22:00-dək “Şimali Qafqaz – Zaqafqaziya” tranzit magistral qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəzalı bərpa işləri aparılacaq. Buna görə də müvəqqəti olacaq Ermənistana təbii qazın verilməsi dayandırılıb.

Bu müddət ərzində Ermənistanda daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə həcmlər hesabına respublika istehlakçılarının qazla fasiləsiz və etibarlı qaz təchizatı məhdudiyyətsiz təmin ediləcək.

Seçilən
855
7
azpost.info

8Mənbələr