AZ

Azarkeşləri “Bayern”i 150 min avro məbləğində ziyana saldılar

Alman Futbol İttifaqının (DFB) idman məhkəməsi ölkə futbolunun nəhəngi Münhen “Bayern”ini 150 min avro məbləğində cərimələyib.

Arena.az bu barədə Alman Futbol İttifaqının rəsmi saytına istinadən məlumat verir.

Buna səbəb, Münhen klubu azarkeşlərinin Almaniya Kubokunun “Ulm” ilə avqustun 16-da keçirilmiş 1/32 final səfər oyununda nümayiş etdirdiyi nalayiq davranış olub.

Alman Futbol İttifaqının açıqlamasında “Bayern” azarkeşlərinin ən azı 70 məşəl alovlandırdığı və 4 böyük fişəng partladaraq, atəşfəşanlıq törətdiyi bildirib. Azarkeşlərin yolverilməz davaranışı bu pirotexniki vasitələrdən bəzilərinin sahəyə yönəldilməsi olub. Oyun qatı tüstü səbəbindən üç dəqiqəyə yaxın yarımçıq dayandırılmalı olub. Görüş “Bayern”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Vurğulanır ki, ki, “Bayern” cərimənin 50 min avro məbləğini təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə xərcləyə bilər.

Seçilən
31
arena.az

1Mənbələr