AZ

Analitik: Rusiya Kurskun bəzi hissələrini itirməklə rüsvay vəziyyətinə düşüb

Rusiya ordusunun Kursk vilayətində əks-hücumu fəlakətlə nəticələnib. Bu barədə “Bild” nəşrinin əməkdaşı Yulian Röpke məlumat verib. Onun sözlərinə görə, rus qoşunları Ukrayna qüvvələrini çıxarmaq üçün üç gündür Kursk vilayətində böyük əks-hücum əməliyyatı keçirir. Qeyd edib ki, əks-hücum nəticəsində Rusiya 28 zirehli texnikasını (əsasən müasir BTR-82A) itirib və 200-dən çox əsgəri öldürülüb və ya yaralanıb.  Röpke bildirib ki, böyük itkilərinə baxmayaraq, ruslar Poqrebki və Darino kimi iki kiçik kəndi azad edə biliblər. Qeyd edək ki, “Nyu York Tayms” qəzeti Rusiya və Şimali Koreyanın 50 minlik ordusunun Kursk vilayətində genişmiqyaslı hücuma hazırlaşdığını yazmışdı.

Politoloq, tanınmış jurnalist Fuad Abbasov “Sherg.az”a bildirib ki, Rusiya ordusunun Kursk istiqamətində hücumunun başlıca səbəbi Donald Trampın Amerika Birləşmiş Ştatlarının prezidenti seçilməsi ilə bağlıdır:

“Donald Tramp Rusiya və Ukrayna savaşını andiçmə mərasimindən 24 saat sonra son verəcəyinə vəd etmişdi. Həttab Donald Tramp Administrasiyası tərəfindən bütün siyasi çevrələrdə onun təkliflərinin yerinə yetirilməsi bildirildi. Əks halda Ukraynaya hərbi dəstəyi kəsəcəyini, Rusiyaya isə müqavimət göstərəcəyi təqdirdə Ukraynaya yardımı artıracağı şəklində açıqlamalar var. Amma hələ andiçmə mərasimi baş tutmayıb. Ona görə də Rusiya və Ukrayna mövcud mövqelərini qorumaq, itirilmiş ərazilərini geri qaytarmaq üçün can atırlar. Rusiya üçün Kurskun bir hissəsinin itirilməsi çox ciddi bir imaj pozuntusudur. Yəni Rusiya bütün dünyanın qarşısında Kursk torpaqlarının bəzi hissələrini itirməklə rüsvay vəziyyətinə düşüb. Belə olan halda Rusiya Müdafiə Nazirliyi prezidentin əmrinə uyğun olaraq Kurskun itirilmiş torpaqlarını geri qaytarmağa və Trampın savaşı saxlayacağı təqdirdə mövcud mövqelərdə səngərlərini qurub müharibəni dondurulmuş vəziyyətə gətirmək istəyidir. Bu baş tutmadığı təqdirdə  Rusiya Kursku geri qaytarmaq üçün növbəti addımı atacaq və Kursk uğrunda mübarizə daha şiddətli hala gələcək”.
Seçilən
49
sherg.az

1Mənbələr