AZ

"Yoldaşım məni "laqeyd ana" hesab edirdi" - İradə İsaq

Jurnalist İradə İsaq feysbuk səhifəsində maraqlı paylaşım edib.

News365.az xəbər verir ki, jurnalist gənc valideynlərə bəzi məsləhətlərini qeyd edib.

Bella çox səliqəli qızdır, elə əvvəldən. Nənələrinə oxşayıb, yəqin. Hər ikisi çox səliqəli xanımlardır.

Atası məni "laqeyd ana" hesab edirdi. Amma dediyimin üstündə durdum.
Oyuncaqlarını qırmaz, geyimlərini səliqəli saxlayar, kitabları cırmaz. Ağıllı qızdır.
Amma burda mən də bəzi psixoloji işlər görmüşəm.

Məsələn, Bella uzun müddət kitaba yaxın durmadı. Halbuki, əvvəl əl çəkmirdi. Mən də üstünə düşmürdüm. Gözləyirdim ki, zamanı gələndə həvəsi olacaq. Təbii, atası yenə məni "laqeyd ana" elan etmişdi.

Bir ildən çox müddət ərzində bir dəfə də Bellanı pisləmədim. Etməsə belə onun yanında hamıya deyirdim ki, "Bella kitabları çox sevir. Bilirsiniz, necə?" Təbii, o, dediklərinə heç fikir verməmiş kimi özünü aparırdı. Mən onun yanında oturar, kitablarını götürüb səsli oxuyardım, qışqırardı ki, oxuma. Mənimlə ingiliscə danışma. Ürəyimdə oxuyardım.
Və tez-tez Bellanı tərifləyərdim. Durduğu yerdə, afərin, Bella kitablarını çox sevir. Xeyli müddət belə boş təriflə keçdi. Bir gün də pisləmədim. "Oxumur, tənbəldir, kitabların üzünü də açmır" demədim.
Nəhayət, bir gün gördüm əlində kitab gəldi. Başladı ki, gəl, oxuyaq. Və biz o gündən hər gün oxuduq. Yenə də tam xoşlamır ona nağıl oxunmasını. Ancaq özü oxumaq, yazmaq istəyir. Birgə edirik, daha doğrusu.
Ümumən, Bella nəyisə bacarmayanda mən əksinə onu tərifləyirəm, hamıdan yaxşı edirmiş kimi... Hər şeydə. Bu onu həvəsləndirir. Bir müddət sonra həmin yerə qayıdır.
Çox effektli metoddur. Gənc valideynlər istifadə edə bilər. Sadəcə, səbrli olun! Yavaş-yavaş xoş söz və təriflə balacanız hər şeyi edəcək!
Seçilən
57
news365.az

1Mənbələr