AZ

"COP 29 dünya tarixində ən yadda qalan tədbir olacaq" - SORĞU

Məlumdur ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir. Bəs QHT rəsmiləri COP 29-u necə dəyərləndirir? SİA mövzu ilə bağlı sorğu edərək onların fikirlərini öyrənib.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova : "Azərbaycan hər il çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir və bütün tədbirləri də çox bacarıqla təşkil edir. Bu gün də dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərdən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına-COP29-a ev sahibliyi etməsi möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir Mən bir Azərbaycan vətəndaşı olaraq ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərin mərkəzinə çevrilməsindən qürur duyuram, çünki bu ölkəmizin nüfuzunun və qüdrətinin təzahürüdür.

Mən təşkilat rəhbəri olaraq noyabrın 11-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumunun pavilyonunda keçirilən "Ekoloji məsələlərin həllində əməkdaşlıq: şirkətlərin ətraf mühit fəaliyyətində QHT-lərin rolu", " Azərbaycanın ekoloji məsələlərin həllində dövlət -özəl sektor tərəfdaşlığı" " Su resurslarının təhlükəsizliyi -suyun dayanılıqlıidarədilməsi üçün tərəfdaşlıqlar" adlı panel müzakirələrdə iştirak etdim.Regionda ilk dəfə ölkəmizdə keçirilən COP29-da çox sayda iştirak edən dünya liderlərinin, digər rəəsmilərin diplo,malların media nümayəndələrinin , qonaqların, eyni zamanda insanlarımızın rahatlığı, onların yerləşdirilməsi, vaxtında təyinat nöqtəsinə çatdırılması və əlaqələndirilməsi məsələsi, tədbirlərin təşkili ən yüksək səviyyədə idi. İnanıram COP29 dünya tarixində ən yadda qalan tədbir olacaq".

"Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin sədri Elşad Məmmədli: "COP 29 gözlənildiyi kimi, çox yüksək səviyyədə baş tutdu. Öncə Azərbaycanın tədbiri olduqca rəvan, səliqəli şəkildə təşkil etməsinə diqqət yetirək. Hətta iri Avropa dövlətləri bu cür qlobal tədbirləri təşkil edəndə ciddi qüsurlara yol verirlər. Azərbaycan isə təşkilati işləri ən yüksək şəkildə reallaşdırıb.

Tədbirin özünə gəlibcə, ilk iki gündə - dünya liderlərinin Bakıda olduğu müddətdə həyata keçirilən toplantılarda, iclaslarda, görüşlərdə çox mühüm açıqlamalar verildi. Dünyanın gözünün Azərbaycanda olduğu vaxtda Cənab İlham Əliyevin noyabrın 12-də COP29 çərçivəsində Liderlər Sammitində çıxış edərkən növbəti dəfə master-klass keçdi, dünyaya çox aydın mesajlar verdi. Necə deyərlər, dostlar sevindi, düşmənlərin yenə bağrı yarıldı. Azərbaycan bu konfransı ən yüksək şəkildə təşkil etməklə, bir daha necə qüdrətli dövlət olduğunu nümayiş etdirdi. Bir mühüm məqam da odur ki, Ermənistan COP29-a qatılmamaqla özünün rəzilliyini, anti-sülh mövqeyini bir daha nümayiş etdirdi.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri: "“Biz bu günlər daha bir tarixi hadisənin şahidi oluruq. Azərbaycan dünya üçün xüsusi əhəmiyyət kəsb edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Yəni bu günlər bütün dünyanın diqqəti ölkəmizə yönəlib.

Əslində Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi heç də təsadüfi deyil: “Əvvəla ona görə ki, Azərbaycan hər zaman ekologiyaya, ətraf mühitin mühafizəsinə, təbiətin qorunmasına xüsusi önəm verib. Ölkəmiz eyni zamanda yaşıl enerjinin tətbiqi sahəsində də mühüm addımlar atmaqdadır. Onu da xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bir sözlə, bu gün bəşəriyyətin, insanlığın gələcəyinin sağlam olması naminə atılan bütün addımlarda Azərbaycan ön sırada gedir və ölkəmiz bununla bağlı bir sıra təşəbbüslərin də müəllifidir”.

CASCFEN sədrinin sözlərinə görə, digər bir məsələ Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlər uğurlu ev sahibliyi etmək təcrübəsinin olması ilə bağlıdır: “Təsadüfi deyil ki, Azərbaycan bu günə qədər dünya əhəmiyyətli, siyasi, elmi, mədəni, həmçinin idman tədbirlərinə ev sahibliyi edib. Özü də sıradan ev sahibliyi deyil, nümunəvi ev sahibliyi. Hər belə tədbirdən sonra xarici ekspertlər, ayrı-ayrı ölkələrin rəhbərləri Azərbaycandan sonra həmin tədbirə ev sahibliyi etməyin çətinliyindən söz açıblar. Çünki Azərbaycan elə bir yüksək səviyyəli ev sahibliyi nümunəsi ortaya qoyub ki, bizdən sonra gələnlər bundan daha yaxşısını etməkdə çətinlik çəkirlər. Mən əminəm ki, COP29 da bu baxımdan tarixı yazılacaq. Yeri gəlmişkən, tədbirin açılış mərasimində iştirak edən ayrı-ayrı dövlət və hökumət başçılarının fikirləri də deyilənləri təsdiqləyir. Mən onlardan yalnız birini xatırlatamq istəyirəm. Məsələn, Polşa Prezidenti Andjey Duda iqlim konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Polşa Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilinin səviyyəsinə heyran qalıb. O, “Polşanın dünya sammitinin təşkili təcrübəsi var. Deyə bilərəm ki, burada Bakıda hər şey mükəmməl təşkil olunub" deyə bildirib. Hesab edirəm ki, bu, bizə “Azərbaycan COP29-un təşkilində də dünya üçün ortaya nümunə qoydu” deməyə əsas verir”.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: “Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) uğurla davam edir. COP29 iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal əhəmiyyət kəsb edən mühüm bir tədbirdir. Bu toplantı planetimizin gələcəyini təhlükə altına alan ekoloji problemlərə qarşı birgə tədbirlər görmək və davamlı inkişaf hədəflərinə uyğun qəti addımlar atmaq istəyən tərəfdaş dövlətlərin birgə platformasıdır. Konfransdan öncə bir sıra qərəzli dairələrin apardığı qara piara baxmayaraq COP29 yüksək səviyyədə baş tutdu. Boykotçuların arzusu reallaşmadı. Konfransda iştirak edən dövlət başçıları da bildirdi ki, COP29 yüksək səviyyədə təşkil olunub.

Bu gün COP29 Bakı konfransında 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçı təmsil onubur. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Bu tərkib qlobal iqlim fəsadları ilə mübarizədə önəmli qərarların çıxarılması üçün yetərlidir. Ölkəmiz COP29-da öz piarı üçün istifadə etmir. Halbuki bunu da iqlim məsələlərini də öz milli maraqlarına, xarici siyasətinə uyğunlaşdırmağa çalışanlar var. Azərbaycanın isə yeganə marağı qlobal iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinə həyata keçirməkdir. Ölkəmiz karbohidrogen ehtiyatları ilə zəngin olsa da, sənayedə, nəqliyyatda karbon emissiyasının azadılmasına çalışır.
Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə beynəlxalq səyləri dəstəkləyir. Ölkəmiz karbon emissiyasının minimum endirilməsinə yönəlik layihələr icra edir, yaşıl enerjiyə keçid istiqamətində mühüm addımlar atır. Azərbaycanın niyyəti bəllidir: 2015-ci ildə imzalanmış Paris razılaşmasına uyğun öhdəlikləri yerinə yetirmək. Ölkəmiz həm öz öhdəliklərini icra edir, həm də zəif inkişaf etmiş ölkələrə dəstək təşəbbüsü ilə çıxış edir. COP29-da bu istiqamətdə mühüm qərarlar qəbul edilə bilər”.

“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin sədri Niyaz Niftiyev: "“COP29 Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal rolunu gücləndirmək, beynəlxalq əlaqələrini yaxşılaşdırmaq və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm imkanlar təqdim edəcək. COP29 Azərbaycana bir sıra mühüm töhfələr verə bilər. Azərbaycan bərpa olunan enerji mənbələrinə (külək və günəş kimi) investisiyalarını artıra bilər. Eyni zamanda tədbir Azərbaycana ekoloji cəhətdən təmiz texnologiyalara investisiya yatırmaq və bu sahədə innovasiyaları inkişaf etdirmək imkanı təklif edə bilər. Tədbir ölkəmizə qlobal iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq edəcəyi ölkələr və təşkilatlarla yeni tərəfdaşlıq əlaqələri qurmağa imkan verəcək. COP29 həm də davamlı inkişaf tötfə verə bilər. Azərbaycan karbon emissiyalarının azaldılması istiqamətində addımlar atmaqla həm milli, həm də qlobal səviyyədə öz ekoloji öhdəliklərini yerinə yetirə bilər. 70 mindən çox insanın iştirak edəcəyi COP29 tədbirləri çərçivəsində ölkəmiz təkcə regionda deyil, dünyada gündəm olacaq".

Ayşən Vəli

Seçilən
24
sia.az

1Mənbələr