AZ

“Toraji” və “Usaqi” qasırğaları Filippində həyata mənfi təsir göstərib

Filippini vuran və çox sayda insanın təxliyəsinə səbəb olan "Toraji" və "Usaqi" qasırğaları həyata mənfi təsir edib.

“İki sahil” xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb.

Qeyd edilib ki, Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasının (NDRRMC) açıqlamasına görə, qasırğalar 5 bölgədə ümumilikdə 195 mindən çox insan olmaqla, təxminən 53 min ev təsərrüfatına ziyan vurub.

Açıqlamada 28 mindən çox insanın təxliyyə mərkəzlərinə köçürüldüyü, 4 mindən çox insanın isə bu mərkəzlərdən kənarda köməklik göstərildiyi bildirilib, qasırğalar nəticəsində yaranan əlverişsiz hava şəraiti ilə əlaqədar 2 nəfərin yaralandığı deyilib.

Filippin Meteorologiya Bürosunun (PAGASA) verdiyi məlumatda “Usaqi” qasırğasının yaratdığı küləyin sürətinin saatda maksimum 120 kilometrə çatdığı bildirilib.

“Usaqi” qasırğasının 24 saat ərzində intensivliyinin artacağı gözlənilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
18
ikisahil.az

1Mənbələr