AZ

OPEC+ bunu etməsə, neft qiymətləri 40 dollara düşəcək - PROQNOZ

ABŞ-nin iqtisadi yönümlü CNBC televiziya kanalının ekspertlərə istinadən yaydığı məlumata görə, əgər OPEC+ neft hasilatının azaldılması siyasətini davam etdirməsə, gələn il qiymətlər 40, hətta 30 dollar səviyyəsinə geriləcəyək.

 

Sfera.az xəbər verir ki, hazırda “Brent” markalı neftin qiyməti 72 dollar, ABŞ-nin WTI markalı neftinin qiyməti isə 68 dollardır. CNBC-yə danışan analitiklər hesab edir ki, 2025-ci ildə neft qiymətləri ilə bağlı narahatlıqlar ərəb baharından bəri ən yüksək həddə çatacaq. Ekspertlərin fikrincə, OPEC hasilatın azaldılmasından imtina etsə qiymətlər bir barel üçün 30 və ya 40 dollara düşə bilər. 2025-ci ildə dünya üzrə gündəlik neft istehlakının 1 milyon barel artması proqnozlaşdırılır.

 

Neft hasilatındakı artım isə bundan daha böyük olacaq. Yəni, bazarda təklifin tələblə müqayisədə daha çox artması gözlənilir. CNBC-nin şərhinə görə, belə bir vəziyyətdə OPEC+ hasilatının azaldılmasını dayandırarsa, neft ixrac edənlər “qara qızıl”ı daha ucuza satmalı olacaqlar.

 

Qeyd edək ki, OPEC+ alyansının razılaşmasına əsasən hasilatın azaldılması razılaşması gələn ildən dayandırılmalıdır. CNBC-yə danışan ekspertlər alyansın hasilatın azaldılması razılaşmasının qısa müddətdə dayandırılacağına inanmırlar. Onların qənaətincə, çox güman ki, alyans ixtisarları birdən-birə tam miqyasda yox, tədricən dayandırılmasına üstünlük verəcəklər.

 

Vasif

Seçilən
21
47
sfera.az

10Mənbələr