AZ

ABŞ-də hərbçi Ukrayna münaqişəsinə görə həbs edilib

Boston məhkəməsi ABŞ  Milli Hərbi Hava Qvardiyasının keçmiş əməkdaşı Cek Teyşeyranı Ukraynadakı münaqişə ilə bağlı məxfi sənədləri yaydığına görə 15 il müddətinə azadlıqdan məhrum edib.

NOCOMMENT.az mart ayında Teyşeyra Casusluq Aktı çərçivəsində milli müdafiə məlumatlarının qəsdən saxlanması və ötürülməsi ilə bağlı altı ittiham üzrə təqsirli bilinib.

Massaçusets Milli Hava Qvardiyasının birinci dərəcəli təyyarəçisi kimi xidmət edərkən Teyşeyra özəl “Discord” serverinə bir çox məxfi sənədlərin fotoşəkillərini, o cümlədən Ukraynadakı münaqişə ilə bağlı vəziyyət hesabatını, habelə Ukrayna qoşunlarının təlimləri haqqında ətraflı məlumatı yerləşdirib.

Seçilən
14
nocomment.az

1Mənbələr