AZ

Şərqi Azərbaycanda su problemi şiddətlənəcək - Bəndlərin suyu azalıb

Şərqi

Son mövsimi yağıntılara baxmayaraq, Şərqi Azərbaycan əyalətinin bəndlərində mövcud olan su həcmi az olaraq qalır.

Gunaz.tv

Bu barədə Şərqi Azərbaycan əyalətinin Regional Su Şirkətinin başçısı Yusif Qafarzadə məlumat verib.

Onun sözlərinə görə, hazırda əyalətin 11 su anbarında 188 milyon 800 min kubmetr su var.

Əyalətdə bəndlərinin su anbarlarının normal şərayitdə 603 milyon 400 min kubmetr olduğunu nəzərə alsaq hazırkı su həcmi normal səviyyənin 31%-i qədərdir.

Bu isə, xüsusən qarşıdakı yaz və yay aylaındaŞərqi zərbaycan əyalətində su probleminin yenidən şiddətlənəciyinə səbəb olacaq.

Qeyd edək ki, neçə gün əvvəl əyalətin Meteorologiya Baş direktoru Həbib Əbdüli də su probleminin kəskinləşəcəyi baədə xəbərdarlıq edib.

Ekoloq və mütəxəssislər su qıtlığının yaranmasında əlaqədar dövlət qurumlarını günahlandırır, yağış və yeraltı suların idarə olunması üçün tədbirlər görmədiklərini bildirirlər.

Onların fikrincə, yağıntıların azalmasından daha çox mövcud su qaynaqlarından plansız şəkildə istifadə edilməsi quraqlığın artmasına səbəb olur.

Seçilən
70
1
xalqcebhesi.az

2Mənbələr