AZ

“İslami Cihad” qaçırılan Rusiya vətəndaşının yeni videosunu yayıb

Radikal “İslami Cihad” hərəkatının hərbi qanadı olan “Saraya əl-Qüds” qruplaşması 2023-cü il oktyabrın 7-də qaçırılan Rusiya vətəndaşı Aleksandr Truxanovun girovluqda olduğu videonu nümayiş etdirib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, video qrupun Telegram kanalında yayımlanıb.

Kadrlarda Truxanov girovların düşdüyü çətin vəziyyətdən ivrit dilində danışır. Onun sözlərinə görə, qaçırılan israillilərin gigiyena vasitələri tükənib, su və elektrik enerjisi qıtlığı yaranıb. Truxanov deyib ki, həyatı üçün təhlükə olduğuna görə İsrail hərbçilərinin bombardmanından və hücumundan qorxur.

Ona görə də o, israilliləri əsirlikdə olanların çətinliklərini unutmamağa, mitinqlərə çıxıb atəşkəs və girovların qaytarılmasının tələb etməyə çağırıb. O, ailəsi üçün darıxdığını və evə sağ-salamat qayıtmağa çalışdığını əlavə edib.

May ayında “İslami Cihad” Truxanovun İsrailin Qəzza zolağının atəşinə tutmasına baxmayaraq, yaxşı olduğunu dediyi bir video yaymışdı. İsrailin Rusiyadakı səfirliyi həmin şəxsin kimliyini təsdiqləyib və onun ikili vətəndaşlığı olduğunu bildirib.

Truxanov 2023-cü il oktyabrın 7-də ailəsi ilə birlikdə girov götürülüb, lakin anası, nənəsi və həyat yoldaşı azad edilib. Girovun atası silahlıların hücumundan sağ çıxa bilməyib.

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr