"Milan"ın hücumçusu Rafael Leao karyerasını İspaniyada davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
25 yaşlı portuqaliyalı "Barselona"ya keçmək arzusunu ətrafına çatdırıb. Kataloniya klubunun rəhbərliyi də Portuqaliya millisinin oyunçusunu heyətinə qatmaqda maraqlıdır və bu transferdə agent Jorje Mendeşin köməyinə ümid edir.
Bu mövsüm Leao bütün turnirlərdə 14 matçda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun "Milan"la mövcud müqaviləsi 2028-ci ilin yayıma qədərdir.