"İqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitlərinin ayrılması qeyri-mütənasibdir".
"Cebheinfo.az" xəbər verir ki, bunu Kuk adalarının Baş naziri Mark Braun noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, indiki halda maliyyə vəsaitlərinin ayrılması vacib əhəmiyyət daşıyır:
"Artıq Zərər və İtki Fondu fəaliyyətə başlamalı və bu da genişmiqyaslı olmalıdır".
Mark Braun həmçinin Kuk adalarının Bakıda keçirilən COP29-un əhəmiyyətini yüksək qiymətləndirdiklərini bildirib.
"Cebheinfo.az"