AZ

Rüfət Quliyev: "Səfərdəki məğlubiyyətin qisasını almaq lazımdır" - Müsahibə

Azərbaycan milli komandasının veteran futbolçusu Rüfət Quliyev apasport.az saytına müsahibə verib. O, yığma komandamızın Millətlər Liqasının son iki turundakı oyunlardan gözləntilərini açıqlayıb.

- Azərbaycan millisi artıq iki gündür ki, Qəbələdə Estoniya ilə matça hazırlaşır. Millinin bu görüşü haqda nə düşünürsən?

- Bəli, millimiz iki oyuna çıxacaq. Fikrimcə, Estoniyanı məğlub edəcəyik. Çox istəyərdim ki, millimiz qələbə qazansın. Çünki bu qrupda hələ də bir qələbəmiz yoxdur. 

- Bu Estoniyaya səfərdə də uduzmuşduz...

- Düzdür, səfərdə rəqibimizə uduzmuşduq. Məncə, oradakı oyunda da pis deyildik. Qalib də gəlmək mümkün idi. Amma uduzduq. İndi isə belə deyək də, səfərdəki məğlubiyyətin də qisasını almaq lazımdır. Məncə, futbolçular bunu yaxşı anlayır.

- Millinin hazırkı heyəti uğurlu nəticə gözləməyə əsas verir?

- Bəli, əsas verir. Çünki uşaqlar qələbəyə həsrət qalıblar. Qələbəyə acdılar. İnanıram ki, Estoniya ilə oyunda qalib gələcəklər və İsveçlə görüşdə də müsbət nəticələrin davamını gətirə bilərlər. Bu iki oyundan bizə xoş və layiq olan nəticələr əldə edəcəyimizə inanıram.

- Milli Estoniyanı uda bilməsə, İsveçlə görüşdə də uğurlu nəticə olmasa, Millətlər Liqasında D liqasına düşəcək. Səncə, bu millimiz üçün böyük faciə olacaq?

- Əlbəttə ki, Azərbaycan millisi üçün yaxşı nəticə olmayacaq. Amma çox istəyərdim ki, hər şey daha yaxşı olsun. İnanıram ki, belə də olacaq. Futbolçularımız da uğurlu nəticə qazanmalı lazım olduğunu yaxşı bilir. Allah qoysa, hər şey yaxşı alınar və milli uğurlu nəticə qeydə alınar.

- D liqasında düşəsi olsaq, Fernandu Santuş postunda qalmalıdır? Onu kömək üçün gətiriblər, amma C liqasında komandanı götürüb və hazırda milli D liqasına düşməyə əsas namizəddir...

- Fernandu Santuş postuna yeni gəlib. Ona da vaxt lazımdır. Çünki hər bir məşqçi üçün vaxt lazım gəlir. Santuş böyük, təcrübəli mütəxəssisdir. O da bilir ki, bu vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Çox güman ki, o çıxış yolu tapılacaq və millimiz qələbələr qazanacaq. 

- Fernandu Santuşun bu dəfəki heyətini necə dəyərləndirirsən? Mehdi Cənnətov son matçlarda millidə əsas qapıçı olsa da, dəvət edilmədi. Səncə, Santuşun seçimlərinə müdaxilələr var?

- Yeni oyunçuların milliyə cəlb olunması müsbət haldır. Demək olar ki, hamıya şans verilir və millinin qapısı hamı üçün açıqdır. Əsas komandanın aparıcı oyunçularından çox şey asılıdır. Onlar yaxşı oynayıb, komandanın xal qazanmasında həlledici ola bilərlər. Milliyə kömək etməlidirlər. Fernandu Santuşun seçimlərinə müdaxilə məsələsinə gəlincə, məncə, müdaxilə məsələsi yalan söhbətdir, elə şey yoxdur. Çünki Santuş böyük məşqçidir, təcrübəli mütəxəssisdir. Belə şeylərə yol verməz. Allah qoysa, qələbədən sonra da bu cür suallar hamısı aradan qalxacaq.

Avropa çempionatı: Azərbaycan millisi mübarizəyə başlayır

Millimiz Macarıstan yığması ilə qarşılaşacaq

Azərbaycan - Estoniya oyununun təyinatları açıqlandı

Neymar sabiq komandasına dönür? - Klub prezidenti açıqladı

Ronaldinyo Bakıya gəlib

Seçilən
39
apasport.az

1Mənbələr