AZ

Dənizkənarı Milli Park COP29-da öz pavilyonunu təqdim edib

Yaşıl zona COP29 ərazisində Dənizkənarı Milli Parkın pavilyonu fəaliyyət göstərir.

Pavilyonda Xəzər dənizinin florası və faunası, Bakının Bakı bulvarının fəaliyyəti və Dənizkənarı Bulvar İdarəsinin işi haqqında, ətraflı məlumatlar təqdim olunur.

Olaylar xəbər verir ki, pavilyonda quraşdırılan monitor vasitəsilə Milli Park ziyarətçilərə 2 müxtəlif aspektdən təqdim edilir.

Həm şəhərimizin mühüm transformasiya-dəyişikliklər və inkişaf mərkəzi kimi ötən əsrdə neft ərazilərindən 215 hektarlıq parka çevrilməsi, həm də tarixi və mədəni irsimizin qorunduğu bir ərazi kimi. Onilliklər keçməsinə baxmayaraq tarixi, mədəni irs bulvar ərazisində həssaslıqla qorunub.

Stendin hazırlanmasında təbii yaşıllıqlardan istifadə olunub.

Sərgiyə gələn qonaqlara gülünbahar gülünün (kalendula) toxumu hədiyyə edilir.

Paytaxt qonaqlarının rahatlığı üçün müxtəlif dillərdə məlumat stendləri yaradılıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Dənizkənarı

Dənizkənarı

Dənizkənarı

Dənizkənarı

Dənizkənarı

Dənizkənarı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
2
olaylar.az

2Mənbələr