AZ

“Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik ki, bizdən sonra meydan onların olsun" - Elgizdən şok açıqlama

Aparıcı Elgiz Əkbər Arb televiziyasında yayımlanan "Elgizlə izlə" verilişində açıqlaması ilə diqqət çəkib. 

Elgiz Əkbər bu sözləri deyib: 

"Hər bir aparıcı özündən sonra yeni simalar yetişdirməlidir. Çünki bizi də aparıcı kimi yetişdiriblər. Bizim də borcumuz odur ki, əlimizdə olan şəraitdən istifadə edib, yeni simalar yetişdirib, xalqa təqdim edək. Hazırda Azərbaycan teleməkanında fəaliyyət göstərən aparıcılara allah ömür versin. Mən çox təəssüf edirəm ki, biz hara gediriksə, aparıcılardan söhbət düşəndə insanlar üç-dörd aparıcının adını çəkirlər. Sanki bu ölkədə üç-dörd aparıcıdan başqası yoxdur, mənim, Xoşqədəm Baxşəliyev və Zaur Baxşəliyevin... Azərbaycan televiziyası dörd-beş aparıcıdan ibarət deyil. Ona görə yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik. Bizdən sonra meydan onların olsun. Mən üç-dörd aparıcı yetişdirmək istəyirəm".  / teleqraf.com

Seçilən
34
show.az

1Mənbələr