AZ

COP29-un inklüziv inkişafa aparan iddialı razılaşma yaradacağına ümidvaram- Papa Fransisk

Bakı. Trend:

Ümid edirəm ki, Bakıda keçirilən COP29 həqiqətən inklüzivinkişafa gətirib çıxaran iddialı razılaşma yaradacaq.

Trend xəbərverir ki, bu fikirlər Roma Katolik Kilsəsinin rəhbəri PapaFransiskin Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) iştirakçılarına ünvanlandığı müraciətində yer alıb.

Pontifik müraciətində bildirib ki, iqlim dəyişikliyi iləmübarizədə əlavə gecikmələrə yol verilmir və ətraf mühitinmühafizəsi sülhün qorunması ilə sıx bağlıdır: “Mövcud elmiməlumatlar daha çox gecikməyə imkan vermir və yaradılışın qorunubsaxlanmasının zəmanəmizin ən aktual məsələlərindən biri olduğunuaçıq şəkildə göstərir. Biz, həmçinin etiraf etməliyik ki, bu,sülhün qorunması ilə sıx bağlıdır”.

Roma papası qeyd edib ki, biz bir-biri ilə əlaqəli eyni qlobalkənddə yaşayan tək bir ailənin üzvləri kimi hərəkət etməli vəyaşamalıyıq: “Gəlin tarixi və indiki vəzifələrin gələcək üçünkonkret və uzaqgörən öhdəliklərə çevrilməsinə icazə verək ki, buSammitin ən aktual vəzifələrindən biri olan iqlim maliyyəsi üzrəyeni kollektiv kəmiyyətli məqsəd ortaya çıxsın. Ümumi, lakinfərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar prinsipi COP29-unişini istiqamətləndirir və ruhlandırır”.

Qeyd edək ki, COP29-da Papa Fransiskin müraciətini MüqəddəsTaxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin oxuyub.

Məqalədə:
Seçilən
70
4
az.trend.az

5Mənbələr