AZ

“Onların qaytarılması məsələsi Paşinyanın gündəmində deyil”

Xəbər verildiyi kimi, dünən Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” partiyasının fraksiyası müxalifət fraksiyalarının təşəbbüsü ilə irəli sürülmüş layihə üzrə (erməni terrorçularının geri qaytarılması ilə bağlı - red.) səsvermədə iştirak etməyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli ekspert Armen Badalyan buna təəccüblənmədiyini bildirib.

Onun sözlərinə görə, erməni terrorçularının (mətndə “məhbus”) qaytarılması məsələsi hakimiyyətin gündəmində deyil.

“Hazırda hakimiyyət “Sülh müqaviləsi”nə köklənib. Onların fikrincə, “məhbuslar” məsələsi Azərbaycanı qəzəbləndirə bilər”, - deyə Badalyan bildirib.

Musavat.com

Seçilən
47
2
musavat.com

3Mənbələr