19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
İdman.biz xəbər verir ki, Elxan Abdullayevin yetirmələri İslandiya ilə görüşüb.
7-ci qrupda yer alan komandaların qarşılaşması Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunub. Matçın taleyini rəqibin iki qolu həll edib.
Qeyd edək ki, qrupun digər görüşündə İrlandiya və Moldova qarşılaşacaq.
U-19-lar arasında AVRO-2025-in seçmə mərhələsi
VII qrup, I tur
13 noyabr
Azərbaycan – İslandiya – 0:2
“Zimbru-2” stadionu
İdman.biz