AZ

Braziliya COP29-dan gözləntilərini açıqlayıb

Braziliya ümid edir ki, iqlim maliyyələşdirilməsi məsələsi üzrə konkret qərar COP29-un əsas nəticələrindən biri olacaq.

Olaylar xəbər verir ki, bu barədə Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziri Marina Silva COP29 çərçivəsində keçirilən "COP sədrlikləri "Troyka"nın yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz" adlı tədbir zamanı bildirilib.

"BƏƏ-də əldə edilən konsensus "Troyka"nı 1.5 Missiyasına doğru yol xəritəsini hazırlamaq üçün bir alət olaraq qurub. Əsas məqsədimiz beynəlxalq əməkdaşlığı gücləndirmək və növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) turunda iddialılığı artırmaqdır, eyni zamanda qlobal istiləşməni 1.5 dərəcə Selsi ilə məhdudlaşdırma məqsədlərinə çatmaq və qlobal dayanıqlılığı gücləndirmək. Xüsusilə ən böyük dünya emisiyalarının mənbələrində iddialılığın artırılması və onların həyata keçirilməsi üçün lazım olan maliyyə vəsaitlərinin cəlb edilməsi son dərəcə vacibdir. Lakin bizə daha çox maliyyə lazımdır, texnologiyalara çıxışımız olmalıdır və inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyətlərin dəstəkləməyə çağırırıq. İqlim dəyişikliyi ilə mübarizə ədalətsizlik və yoxsulluqla mübarizə ilə paralel getməlidir. Xüsusilə iqlim maliyyələşdirilməsi artırılmalı və cəmiyyətimizdə yeni rifah dövrünə keçid üçün ədalətli olmalıdır. Biz ümid edirik ki, bu məsələyə dair konkret qərar COP29-un əsas nəticələrindən biri olacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
51
13
olaylar.az

10Mənbələr