AZ

Volkan Dəmirəl ''Qalatasaray''a dejavü yaşatdıra biləcəkmi?

Okan Burukun təyinatından bu yana Türkiyədə rəqib tanımayan və bir çox rekordları alt-üst edən ''Qalatasaray'' növbəti tarixi göstəricinin astanasındadı.

''Cim-Bom'' bu mövsüm keçirdiyi 11 oyuna 31 xal toplamaqla ən yaxşı startla bağlı rekordunu təkrarlayıb. Komanda ötən mövsüm də ilk 11 oyundan 10 qələbə, 1 heç-heçə ilə ayrılaraq 31 xal toplamışdı. Amma 2023/24-də 12-ci matçda İstanbul nəhəngi sürpriz şəkildə səfərdə ''Hatayspor''a uduzmuşdu.

Yəni ''Qalatasaray'' növbəti matçda qalib gəlsə, 12-ci oyunlar üçün tarixinin ən uğurlu startını reallaşdırmış olacaq. Amma burda olduqca maraqlı bir məqam diqqəti cəlb edir. Ötən mövsüm ''Hatayspor'' ''sarı-qırmızılar''ı Volkan Dəmirəlin başçılığı altında məğlub etmişdi. Bu dəfə ''Qalatasaray'' 12-ci oyunda səfərdə ''Bodrum''la qarşılaşacaq və hazırda bu kollektivi məhz Volkan Dəmirəl çalışdırır!

Yəni 43 yaşlı mütəxəssis''Qalatasaray''a dejavü yaşatdıra bilər. Həm də Volkanın ''Fənərbaxça'' əfsanəsi olduğunu nəzərə alsaq, bu baxımdan da oyun onun üçün prinsipial əhəmiyyət kəsb edəcək.

ƏLİ

Seçilən
30
football-plus.az

1Mənbələr