Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycan millisinin üzvləriı Qəbələ Futbol Akademiyasının yeniyetmə futbolçuları ilə görüşüblər.
Fanat.Az xəbər verir ki, məşqdən sonra baş tutan görüş zamanı yığma üzvləri yeniyetmələrə top və imzalı formalar hədiyyə ediblər.
Sonda xatirə şəkli çəkilib.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 16-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə qarşılaşacaq.