AZ

COP29-un ikinci günü üçün sərnişindaşıma sayı açıqlandı

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsiölkəmizin davamlı inkişaf və ekologiya, eləcə də beynəlxalqtədbirlər sahəsində etibarlı tərəfdaş kimi nüfuzunungöstəricisidir.

Noyabrın 12-si – COP29-un ikinci günündə daşıma sayı turistlərinyerüstü nəqliyyat xidmətlərinə yüksək marağını nümayiş etdirir ki,bu da bizim beynəlxalq arenada keyfiyyətli və etibarlı nəqliyyathəlləri təqdim etmək qabiliyyətimizi təsdiqləyir.

Trend xəbərverir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)məlumatına görə, ötən gün 18 Nəqliyyat Mübadiləsi Mərkəzindənedilən 4200-dən çox səfər nəticəsində ümumilikdə45 minə yaxın sərnişin getdiyi ünvanaçatdırılıb.

Bildirilib ki, bu sərnişindaşıma əməliyyatlarında Agentliyin350 əməkdaşı iştirak edib.

Nəqliyyat vasitələrini düzgün yönləndirilməsi sayəsindəsərnişinlərin rahat və təhlükəsiz şəkildə Heydər Əliyev BeynəlxalqAeroportundan H1 ekspres avtobusu ilə “28 May” və H2 ekspresavtobusu ilə “Əhmədli” metro stansiyalarına çatdırılması həyatakeçirilib.

Qeyd edilib ki, tədbirin ilk günündə sərnişinlərin şəhərnəqliyyatından rahat və səmərəli istifadəsi üçün təşkil edilmiş 18HUB-dan etibarlı nəqliyyat əlaqəsi təmin edilərək ümumilikdə 35 minsərnişin daşınmışdır.

Məqalədə:
Seçilən
46
1
az.trend.az

10Mənbələr