AZ

Gəncədəki süni göl bərpa olunur

Gəncə şəhərinin Heydər Əliyev Park Kompleksinin ərazisindəki süni göl bərpa olunur.

Görüləcək işlər barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən sahə rəisi Səfiyar Bayramov bildirib ki, bərpa işləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin sifarişi əsasında aparılır. 6 hektar əraziyə malik süni gölün dekabr ayında təhvil veriləcəyi gözlənilir.

Göl 2023-cü ilin yaz aylarında qonşu rayonların ərazisindən gələn sel suları nəticəsində daşaraq, ətraf yaşayış sahələri üçün təhlükə yaratmışdı. Dibi lil və palçıqla dolan gölün suyu aidiyyəti qurumlar tərəfindən tamamilə çəkilmişdi. Artıq ərazidə sel təhlükəsinin qarşısını almaq üçün 380 metr uzunluğunda su ötürücü borunun çəkilişi tamamlanmaq üzrədir. Gölün yamacları beton tavalarla üzlənib, ətrafı dəmir barmaqlıqlarla əhatələnəcək.

Burada yaradılacaq körpü yolda avtomobillərin və piyadaların keçidini təmin edəcək. Ərazidə 50-yə yaxın işçi, 10-a yaxın texnika işləyir. Gələn ayın sonunda gölə suyun, eləcə də müxtəlif balıq növlərinin buraxılmasına başlanılacaq.

Gələn il Gəncə şəhərindən Samux rayonuna qədər uzanacaq 6300 metr uzunluğunda suötürücü kanalın inşası da aparılacaq.

Seçilən
30
xalqqazeti.az

1Mənbələr