1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistan müdafiə naziri Suren Papikyan respublikanın silahlı qüvvələri sıralarında xidmət etməmələri üçün oğullarını ölkə vətəndaşlığından imtina etməyə məcbur edən məmurları lüstrasiya (səsvermə hüququnun (aktiv və passiv), habelə dövlət işlərinin idarə edilməsində iştirak hüququnun məhdudlaşdırılması şəklində qanunvericilik məhdudiyyətləri - red.) etməyə çağırıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Papikyan parlamentdə çıxışı zamanı bildirib.
"Hərbi xidmətə çağırış hələ də üzləşdiyimiz problem olaraq qalır. Belə bir hal var ki, Ermənistan vətəndaşı övladının Ermənistan vətəndaşlığından çıxması üçün və silahlı qüvvələrdə xidmət etməməsi üçün hər şeyi edir. Hesab edirəm ki, biz belə davrananları lüstrasiya etməliyik", - deyə Papikyan bildirib.
O qeyd edib ki, bu tədbirin ilk növbədə dövlət idarəçiliyi sistemində çalışanlara aid olması təklifi ilə artıq baş nazirə müraciət edib.
"Fikrimcə, dövlət məmuru nəinki öz övladlarının, hətta yaxın ətrafının övladlarının da Ermənistan Respublikasının vətəndaşlığından imtina etməsinə imkan verməməlidir", - deyə o qeyd edib və belə məmurların adlarının açıqlanacağını da vəd verib.