AZ

Tramp administrasiyasının mümkün hərəkətləri ilə mübarizə üçün bütün tədbirlər görülüb – İranlı nazir

Tramp administrasiyasının mümkün hərəkətləri ilə mübarizə üçün bütün tədbirlər görülüb.

İnterpress.az xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejad jurnalistlərin Trampdan sonra İran neftinin ixracına gözlənilən məhdudiyyətlərlə bağlı sualını cavablandırarkən deyib.

“Biz şərtlərə və məhdudiyyətlərə uyğun olaraq bütün lazımi tədbirləri görmüşük. Bizim üçün Amerikada Tramp və Bayden arasında heç bir fərq yoxdur”, – Paknejad bildirib.

Xatırladaq ki, noyabrın 8-də “The Wall Street Journal” Trampın çevrəsinə yaxın mənbələrə istinadən yazıb ki, yeni administrasiya “maksimum təzyiq” siyasətini bərpa etmək və İranın neft gəlirlərini məhdudlaşdırmaq üçün qətiyyətlə hərəkət etmək niyyətindədir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
29
1
interpress.az

2Mənbələr