AZ

 Azərbaycan haqlı davası: Ermənistan bütün əməllərinə görə cavab verəcək

Biz hesab edirik ki, Azərbaycan tərəfi yalnız Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində deyil, eyni zamanda, arbitraj prosesləri çərçivəsində də Ermənistanın müvafiq qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib. XİN rəsmisi qeyd edib ki, bu proses davamlı prosesdir, təqribən 2-3 il ərzində davam edəcək, konkret tarix demək çətindir.

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a bildirib ki, sözügedən prosesin qısa müddətdə bitməsini gözləmirdik. Həmin prosesin başa çatması üçün uzun illər vaxt sərf olunmalıdır:

“Çünki Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb və insanlara qarşı etnik təmizləmə həyata keçirib, soyqrım tətbiq edib. Eyni zamanda maddi və mədəni abidələri darmadağın qoyub. Digər tərəfdən isə yaşayış məskənlərinin altını üstünə çevirib. Ümumiyyətlə Azərbaycan ekologiyasına ciddi zərər vurulub. Bunlar nəinki məhkəmələrdə müzakirə edilərkən vaxt aparacaq, Ermənistanın vurduğu zərəri hesablamağın özü belə uzun müddət çəkəcək. Ona görə də Azərbaycan bu prosesdə təmkinlə iştirak edir və ədalətin təmin olunması üçün bütün beynəlxalq imkanlardan yararlanır. Ermənistan da boş dayanmayıb və utanmadan Azərbaycanı işğalçılıqda ittiham ediblər. Azərbaycan bir tərəfdən öz iddialarının arxasınca gedərək Ermənistana qarşı məhkəməni udmalıdır, digər tərəfdən isə rəsmi İrəvanın qarayaxma fikirlərinə cavab verməlidir. Azərbaycan haqlı davasından vaz keçməyəcək və Ermənistan bütün əməllərinə cavab verəcək”.

Ekspert qeyd edib ki, Ermənistan indiki mərhələdə özünün vəziyyətini yaxşılaşdırmaq üçün Azərbaycana vurduğu yüz milyardlarla dollar məbləğində zərərə görə Qərbi Zəngəzuru bizə qaytarmalıdır:
“Yəni Ermənistan qarşılıqlı olaraq belə addımlar atarsa, Azərbaycan nisbətən yumşaq mövqedən çıxış edə bilər. Günün birində məhkəmə Ermənistanın təzminat ödəməsi ilə bağlı qərar çıxararsa, onların həmin vəsaiti yaxın yüz ildə ödəməyə imkanı olmayacaq. Ermənistan tarixi torpağımız olan Qərbi Zəngəzuru Azərbaycana qaytarmaqla kampensesiyanın böyük hissəsini ödəmiş olacaq”.
Seçilən
42
sherg.az

1Mənbələr