AZ

"Barselona"nın futbolçusu dörd həftə yaşıl meydanlardan kənarda qalacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İspaniya yığmasının 22 yaşlı müdafiəçisi məşq zamanı bud əzələsindən zədə alıb. O, noyabrın 26-da Fransanın "Brest" komandasına qarşı Çempionlar Liqası matçını, həmçinin La Liqada "Selta", "Las Palmas", "Malyorka" və "Betis"lə oyunları buraxacaq.

 

Qeyd edək ki, A.Fati ilə yanaşı, Lamin Yamal topuğundakı, Robert Levandovski isə belindəki kiçik zədədən əziyyət çəkirlər. Komandanın digər üzvlərindən Mark-Andre ter Şteqen, Andreas Kristensen və Ronald Arauxo da zədəlidirlər.

Seçilən
42
3
sfera.az

4Mənbələr