AZ

Pivə içənlərə pis xəbər: Ehtiyatlı olun!

Alimlər müəyyən ediblər ki, pivə içənlər şərab və digər spirtli içki içən insanlardan daha çox siqaret çəkir, zərərli qidalar qəbul edir və oturaq həyat tərzi keçirir.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Tədqiqatda 1900 ABŞ sakini iştirak edib. İştirakçılar istehlak etdikləri alkoqolun növünə görə qruplara bölünüblər: yalnız pivə (38,9%), yalnız şərab (21,8%), yalnız spirtli içkilər (18,2%) və ya müxtəlif növ spirtlərin birləşməsi (21%).

Alimlər subyektlərin qidalanma vərdişlərini və həyat tərzlərini təhlil edərək, onların hər birinə Sağlam Qidalanma İndeksinə (IHP) görə bal veriblər.

Seçilən
15
9
publika.az

10Mənbələr