AZ

Makron Notr-Dam kilsəsində çıxış etmək qərarına görə tənqid edilib - FOTO

Makron Parisin məşhur Notr-Dam kilsəsində açılışda çıxış etməyi planlaşdırmışdı. Amma tənqidlərdən sonra çıxışını kilsənin xarici hissəsinə, yəni həyətə keçirib.

Bizim.Media Riya Novosti-yə istinadən xəbər verir ki, tarixdə ilk dəfədir ki, bu məşhur katedralda heç bir siyasətçi çıxış etməyib.

Buna görə də bir çoxları Makronun planlarını qalmaqallı hesab edib və dini yerlərdə siyasi tədbirlərin təşkilinin qanunla qadağan olduğunu vurğulayıb.

Sosial şəbəkələrdə isə Fransanın prezidenti katolik rahibi kimi təsvir olunan memlər yayılıb. 2019-cu ildə böyük bir yanğından ciddi zərər görmüş Notr-Dam kilsəsinin açılışı 7 dekabra təyin edilib.




Bizim.Media

Seçilən
69
bizim.media

1Mənbələr