AZ

Dünyanın ən soyuq planetində həyat mümkün ola bilər?

Günəş sisteminin ən soyuq planetlərindən biri olan Uran haqqında 40 il əvvələ aid məlumatlar yanlış ola bilər.

Milli.Az xəbər verir ki, yeni araşdırma göstərir ki, 1986-cı ildə planetin kəşfi günəş fırtınası ilə eyni vaxta düşüb. Bu vəziyyətin yanıltıcı tapıntılar təqdim edə biləcəyini düşünən elm adamları bu planetdə həyatın mümkün olub-olmadığını araşdıracaqlar.

Uran sistemindəki yeni tədqiqatlar Yerdən başqa bir planetdə həyatı mümkün edə bilər. Uran və onun beş böyük peyki uzun müddətdir ölü planetlər kimi tanınır, lakin elm adamlarının son araşdırmaları göstərir ki, bunun əvəzinə planetdə okeanlar və həyatı dəstəkləyəcək bir mühit ola bilər.
Uran və onun peykləri haqqında bütün məlum məlumatlar 40 il əvvəl NASA-nın Vogayer 2 kosmik gəmisinin səfərindən toplanan tapıntılara əsaslanırdı. Lakin yeni təhlil Vogayerin səfərinin güclü günəş fırtınası ilə üst-üstə düşdüyünü göstərib.

Bu, Uranın və onun peyklərinin sisteminin əslində necə olması ilə bağlı "yanıltıcı" fikirlərə səbəb olub.
İlk dəfə olaraq 1986-cı ildə kosmik gəmidən aparılan ölçmələrdə Günəş sisteminin xarici təbəqəsindəki digər peyklərdən fərqli olaraq planetin və onun peyklərinin hərəkətsiz olduğu müşahidə edilmişdir. Bu ölçmələr həm də Uranın qoruyucu maqnit təbəqəsinin qəribə şəkildə pozulduğunu göstərir.

NASA 10 il sonra Uran sistemini daha yaxından tədqiq etmək üçün zond göndərməyi planlaşdırır. 

Fidan
Milli.Az

Seçilən
32
2
milli.az

3Mənbələr