1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Mən burada Pan-Afrikanı təqdim edirəm. Təbii ki, bizim Bakıda yan tədbirlərimiz olacaq. Məsələn, Regional Gənclər Konfransı, Cənubi Afrika İqlim Dəyişikliyi üçün birlik və.s kimi panel iclaslar keçirəcəyik. Bu isə bizim üçün bir ilkdir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Esvatini Krallığı parlamentinin deputatı Zandisile Howe deyib. O, Bakını çox sevdiyini və şəhərin heyrətamiz olduğunu deyib:
"Alov qüllələrini görmək, onun nəyi simvolizə etdiyini öyrənmək və odlar diyarı haqqında məlumat əldə etmək mənim üçün maraqlı oldu. COP29-a gəlincə, tədbir çox yaxşı təşkil olunub. Mən təhlükəsizlik tədbirlərini də çox bəyəndim. Üstəlik könüllülərin bu qədər mehriban davrandıqları və bizə kömək etmələri çox xoşuma gəldi. Onlar bizə yaxınlaşır, köməyə ehtiyacımız olub-olmadığını soruşur, hər şeyi bizim üçüm asanlaşdırırlar. Hətta avtobusların keçidi, hər bir avtobusun bizi müxtəlif turistik yerlərə aparması işimizi daha da asanlaşdırır. Ümid edirəm ki, ölkələr yaxşı təşkil edilən bu sammitdən istifadə edib inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi ayırmağa razı olacaqlar. Çünki burada söhbət təkcə rəqəmlərdən getmir, hər gün iqlim dəyişikliyinin təsiri ilə üzləşən insanların həyatından gedir. Beləliklə, biz danışıqlar apararkən, çətin şəraitdə yaşayan insanların hansı səbəblərə görə geridə qalmalarını xatırlamalıyıq".
"Lakin Afrikada insanlar həm də müstəmləkə siyasətinin çətinliyi ilə üzləşirlər. Çünki onlar fransızların təsiri altında olublar. Lakin mən onların üzləşdikləri ayrı-seçkilikləri bir kənara qoyaraq tərəqqiyə addım atmaları ilə qürur duyuram. Ümid edirəm ki, Afrikanın hər bölgəsi inkişafa nail olacaq", - deyə Pan-Afrikan siyasətçi əlavə edib.
Mərahim Nəsib