AZ

Rodri "Mançester Siti"nin müqavilə təklifindən danışdı - "Əsas hədəf bu deyil"

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri İngiltərə klubuyla müqaviləsinin müddətini uzadıb-uzatmayacağı ilə bağlı sualı cavablandırıb. 

Fanat.Az xəbər verir ki, ispan futbolçunun sözlərini tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən belə çatdırıb: 

"Biz hələ yeni müqavilənin müzakirəsinə başlamamışıq. İndi zədəliyəm, "Mançester Siti" ilə yeni anlaşma hazırda mənim üçün əsas hədəf deyil. Mümkün qədər yaxşılaşmağa diqqət yetiririrəm. Sonrarısı yaşayıb görəcəyik".

Şayiələrə görə, futbolçunun karyerasını La Liqada davam etdirmək şansı var. Onun adı "Real"la hallandırılır.

Mirağa

Seçilən
44
fanat.az

1Mənbələr