AZ

İran İsraillə bağlı qərarın dəyişir

İran mənbələri çərşənbə günü, noyabrın 13-də Sky News Arabia telekanalına bildiriblər ki, Tehran Donald Trampın ABŞ prezidenti olduqdan sonra İsrailə hərbi cavabı təxirə salmaq qərarına gəlib.


Oxu24.com xəbər verir  ki, “İran, Trampın qələbəsindən sonra İsrailə qarşı “Doğru vəd 3” əməliyyatını təxirə salır”, - deyə mənbələr bildiriblər.

İran lideri Əli Xamneyi daha əvvəl “İrana və müqavimət oxuna qarşı hərəkətlərinə” görə ABŞ və İsrailə “sərt cavab” verəcəyini vəd etmişdi.

İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Əli Məhəmməd Naini 2024-cü il oktyabrın 26-da İsrail ordusunun İrandakı hərbi obyektlərə endirdiyi zərbələrə toxunaraq, İranın İsrailin “yeni pis niyyətli hərəkətinə” cavab verəcəyini bildirib.

O, həmçinin vurğulayıb ki, hərbi cavab “müdafiə tədbiri” olacaq və İsraillə “artan qarşıdurmaya” səbəb olmayacaq. İsrail hakimiyyəti də öz növbəsində İranın istənilən təcavüzünə sərt cavab veriləcəyini vurğulayıb.

 

Nigar

 

Seçilən
26
oxu24.com

1Mənbələr