AZ

Hindistanlı müşahidəçi təəssüratlarını News365.az-la bölüşdü

COP29-da müşahidəçi qismində iştirak edən Hindistanlı iş adamı, Furo Innovations-ın prezidenti və yaradıcısı Racha Sharma COP çərçivəsində News365.az-ın suallarını cavablandırıb. O qeyd edib ki, Azərbaycan haqqında təəssüratları müsbətdir. 

"Burada müşahidəçi kimi iştirak edirəm və dünəndən bəri vaxtımı COP 29-da gedən danışıqları və irəliləyişi öyrənməklə keçirirəm. Mənim Azərbaycan haqqındaki ilk təəssüratım, çox qonaqpərvər bir ölkə olmasıdır. Hökumət bu boyda beynəlxalq heyətin qəbulunda hər detalı düşünüb. Yeməkdən nəqliyyata, infrastrukturun tam çevik və keyfiyyətli təmin olunmasına kimi hər şey mükəmməldir. Azərbaycanın, COP 29-a ev sahibliyi edərək, BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının işlərinə verdiyi dəstəyi təqdir edirəm. Bu, ölkənin iqlim məsələlərinə sadiqliyini göstərir."

Hindistanın Yeni Dehli şəhərində yaşadığını qeyd edən Şarma vurğulayıb ki, Himalay dağlarından gəlsə də, bütün dünyada iqlim dəyişmələri probleminin qarşısı alınmalıdır. Bunun üçün əmin addımlar atılmalıdır

"Himalaylardan gəlirəm və bu da planetimizi qoruma öhdəliyimizi gücləndirir. Himalay dağlarının minerallarla, insan sağlamılığı üçün vacib olan təbii ehtiyatlarla dolu olması, eriməkdə olan buzlaqları və min illərdir yatmış virus və bakteriyalardan yaranan təhdidlərə diqqət çəkilir. İqlim dəyişikliyinin uzunmüdətli təsirləri miqrasiya, ekstremal hava hadisələri və qida təminatı problemləri yarada bilər." - deyə Şarma qeyd edib. 

Seçilən
74
news365.az

1Mənbələr