AZ

Moldovada Zəfər Günü qeyd olunub - FOTO

Moldova Azərbaycanlıları Konqresi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın Moldovadakı Səfirliyinin önündə bayram tədbiri təşkil edib.

Diasporla İş üzrə dövlət Komitəsindən Day.Az-а verilən məlumata görə, tədbiri Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev giriş sözü ilə açaraq iştirakçıları qələbə münasibətilə təbrik edib.

Səfir 2020-ci ilin 8 noyabrının bütün azərbaycanlılar üçün ədalətin bərpa olunduğu qürur gününə çevrildiyini söyləyib.

 

Tədbir iştirakçıları Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızı və Ümummilli Lider Heydər Əliyevi anıb, Ulu Öndərin büstü önünə gül dəstələri düzüb.

"Biz döyüşçülərimizin igidliyini unutmuruq və unutmamalıyıq. Biz vətən uğrunda qəhrəman oğullarımızı itirdik, amma müasir Azərbaycanın tarixində ən böyük döyüşü qazandıq - Qarabağı geri qaytardıq!" - deyə MAK-ın sədri Elçin Bayramov öz çıxışında bildirib.

  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
  • Moldovada
Seçilən
73
3
day.az

4Mənbələr