AZ

Ərdoğan: "İsraillə əlaqələri də kəsdik, nöqtə"

"Hazırda Türkiyə Cümhuriyyəti dövləti və hökuməti olaraq İsraillə əlaqələrimizi kəsmişik".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Azərbaycan səfərlərindən qayıdışı zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Hazırda İsraillə heç bir münasibətimiz yoxdur. Bundan sonrakı dövrdə də münasibətlərin yaxşılaşdırılması istiqamətində hər hansı addım atmağı düşünmürük.

Hazırda Xalq Alyansı İsraillə əlaqələri kəsməkdə qəti qərarlıdır. Biz bu qətiyyətimizi gələcəkdə də davam etdirəcəyik. Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə Cümhuriyyəti hökuməti İsraillə münasibətləri davam və inkişaf etdirməyəcək. Belə bir niyyətimiz də yoxdur.

İsraillə ticarəti də, əlaqələri də kəsdik, nöqtə", - deyə Ərdoğan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
30
50
milli.az

10Mənbələr