Donald Tramp üçüncü dəfə də prezidentlyə namizədliyini irəli sürmək istədiyini bildirib.
Azpost.info bildirir ki, bu barədə Vaşinqton mərkəzində respublikaçılarla görüşü zamanı deyib.
ABŞ-ın 47-ci prezident seçilmiş rəhbəri Donald Tramp çıxışında ABŞ Konstitusiyasının müddəalarına zidd olaraq üçüncü dəfə prezidentliyə namizəd olmaq istədiyini açıqlayıb. O, həmçinin ölkə rəhbəri kimi fəaliyyətini uzatmaq üçün “başqa bir şeylə çıxış edə” biləcəyini deyib.
Tramp Vaşinqtonun mərkəzində respublikaçılarla görüşü zamanı deyib: Əgər “O yaxşıdır, biz nəyisə həll etməliyik” deməyincə, yenidən namizəd olacağımı düşünmürəm”.
Noyabrda ABŞ-da keçirilən prezident seçkilərində Tramp Kamala Harrisi məğlub edib. Onun andiçmə mərasimi 2025-ci ilin yanvarında baş tutacaq.