AZ

"Koreyalılar hamısı bir-birinə bənzəyir" dedi, 7 oyunluq cəzalana bilər

"Tottenhem"in uruqvaylı yarımmüdafiəçisi Rodriqo Bentankur ağır cəzaya məruz qala bilər.

Sportal.az xəbər verir ki, futbolçu irqçilikdə ittiham olunur. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bentankur ölkəsində televiziyaya verdiyi müsahibədə cənubi koreyalı komanda yoldaşı Son Hın Min haqda danışarkən "koreyalılar hamısı bir-birinə bənzəyir" deyib. 27 yaşlı yarımmüdafiəçi sonradan Sondan üzr istəyib.

İngiltərə Futbol Assosiasiyası irqçi sözlərə görə Bentankura intizam işi açıb. O, 7 oyunluq diskvalifikasiya olunmaq təhlükəsi ilə üz-üzədir.

saytlarin hazirlanmasi

Seçilən
43
sportal.az

1Mənbələr